Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır
2 Oktyabr 2018 14:45 SiyasətAzərbaycanda "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında" yeni qanun layihəsi hazırlanır.
Hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.
Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.
Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31