Vitse-spikir: “Fazil Mustafanın dedikləri qüsurludur”
1 Oktyabr 2018 18:37 SiyasətMilli Məclisin sədr müavini Bahar Muradova deputat Fazil Mustafanın Azərbaycan universitetləri haqqında işlətdiyi fikirlərə münasibət bildirib. "Olaylar" xəbər verir ki, "Elm haqqında" qanunun müzakirəsi zamanı Fazil Mustafa "Azərbaycan universitetləri mütəxəssis yetişdirmir. Tibb Universitetini bitirənlər sərbəst həkim işləmirlər, gedib Türkiyədə rezidenturanı bitirirlər" ifadəsini işlədib.
Bahar Muradova isə Fazil Mustafanın bu fikirlərinin yanlış olduğunu elan edib: "Təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi. Həm SSRİ, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrindən nüfuz sahibi olan şəxslər var. Ona görə də Fazil Mustafanın dedikləri qüsurludur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31