Parlament ekstradisiya haqqında saziş ratifkasiya olundu

Milli Məclis Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında Sazişin təsdiq edilməsi haqqında qanunun layihəsini müzakirə edib. "Olaylar" xəbər verir ki, saziş haqqında deputatlara parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, indiyə qədər Azərbaycan bir sıra ölkələrlə ekstradisiya haqqında saziş imzalayıb və sonradan parlament bu sazişi ratifkasiya edib. Deputatlar müzakirə aparmadan layihəyə səs veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31