İnam Kərimovdan YENİ TƏYİNAT
1 Oktyabr 2018 16:32 SiyasətHacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyinatı olub.
Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə İkram Abdul oğlu Əliyev Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.
İ.Əliyev bundan əvvəl Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq həmin mərkəzin Bitkiçilik və heyvandarlıq sektorunun aparıcı məsləhətçisi Teymur Quluyevə həvalə edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31