Məlahət İbrahimqızı Cenevrəyə gedəcək
1 Oktyabr 2018 12:47 SiyasətMilli Məclisin deputatı Məlahət İbrahimqızı "Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf" mövzusunda regional konfransda iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, Konfrans 2030-cu il üçün Dayanıqlı İnkişaf üzrə gündəliyə uyğun olaraq, 2014-cü ildən sonrakı növbəti beş illik dövr üzrə qiymətləndirmənin aparılması məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub. Toplantıda milli, regional və qlobal səviyyələrdə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ƏİBK) Fəaliyyət Proqramının icrasına dair son 20 ildə əldə edilmiş nailiyyətlər diqqətə çatdırılacaq. Deputatımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verəcək. Səfər oktyabrın 4-də başa çatacaq.