Deputat: "Paşinyanın hakimiyyətə gəlməsi təsadüfdən baş verib"

"Paşinyan öz dediklərinə nəzarət edə bilməyən, ağzından çıxan ifadələrin məğzini özü dərk etməyən, konkret öz mövqeyi və gələcəyə planı olmayan xalq hərəkatın içindən meydana gəlmiş küçə adamıdır. Paşinyanın hakimiyyətə gəlməsi sırf təsadüfdən baş verib. Çünki, Ermənistan erməniləri qan içən, cəllad, talançı və Ermənistanı məhvə doğru aparan "Qarabağ klanı"ndan cana gəlmişdi. Ermənistan erməniləri isə Qarabağ klanından cana gəldiyindən kim hakimiyyətdə olacağına varmadan Koçaryanları, Sarkisyanları hakimiyyətdən qovdu və göyərçin Paşinyanın çiyninə qonaraq hakimiyyətə gəldi".

Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, dövləti idarə etmək, düzgün beynəlxalq siyasət yürütmək, ölkəni düşdüyü vəziyyətdən qurtarmaq üçün isə təcrübəli siyasətçi lazımdır: "Təcrübəli siyasətçi vəziyyəti düzgün qavrayıb, dəyərləndirə bilir. Paşinyan isə içində yenə də "Qarabağ klanı"nın qorxusunu gəzdirir və hətta gözünə yuxu da girmir. Ona görə də hələ ki, tərəddüd içindədir. Bilmir Qarabağdan tutsun və ya Ermənistanın gələcək taleyini düşünsün. Ona görə də əvvəl xəlvəti yerlərdə danışıqlar prosesində Dağlıq Qarabağla danışıqların aparılmasından, sərsəm bəyanatlar verməkdən danışır. Amma Azərbaycan Prezdenti cənab İlham Əliyevi görəndə dovşana dönür. Prezidentlərin Düşənbəyə səfərində baş tutmuş qısa təkbətək görüşdə də hamı bunu aydın görür. Cənab Prezidenti görəndə Paşinyan valını dəyişir və məzlum bir sifət çıxarmaqla atəşkəsin dayandırılmasını, dığalara hələlik möhlət verilməyini xahiş edir. Bəli, müvəqqəti möhlət.

Cənab İlham Əliyev humanistdir, səbirlidir. Paşinyanı öz hakimiyyətini möhkəmlətməsinə və ağıllı olmasına vaxt verilib. Paşinyan başa düşməlidir ki, Azərbaycan torpaqlarına qarşı öz siyasətində dəyişiklik etməlidir. O, bilməlidir ki, pafoslu çıxışlar ermənilərin yavaş-yavaş məhvi deməkdir. Hər keçən gün Azərbaycanın xeyrinə işləyir. Hətta NATO-nun hesabatında da qeyd olunub ki, Azərbaycan Ordusu 48 saat ərzində Qafqazda nəzarəti öz əlinə ala bilər. Paşinyanın isə belə güclü Azərbaycan Ordusu qarşısında sərsəm bəyanatların səsləndirilməsi gülməli çıxırdı və düşünürəm ki, Düşənbə görüşündən sonra özünü yığışdırar və Azərbaycanla birbaşa danışıqlara gedərək işğala son qoyulması ətrafında düşünər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31