Ermənistan prezidenti: "Münaqişənin bir həll yolu var"
1 Oktyabr 2018 12:27 SiyasətDağlıq Qarabağ münaqişəsinin həlli nəticəyə hesablanmış müzakirələrdən keçir.
Bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanın "Starvision" kanalına verdiyi müsahibədə deyib.
Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ problemi iki ölkə arasındakı gərginliyi artıra və genişmiqyaslı müharibəyə səbəb ola bilər.
"Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün bölgə üçün önəmlidir. Bu problemin müxtəlif həll yolu ola bilər, amma mənə elə gəlir ki, əsas yol nəticəyə hesablanmış danışıqlardır", - deyə Armen qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31