“Azərkosmos” ASC ilə Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında imzalanmış Çərçivə Sazişi təsdiq edildi
26 Sentyabr 2018 21:08 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Çərçivə Sazişi qüvvəyə mindikdən sonra "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31