Parlament komitəsinə 205 ərizə və şikayət daxil olub
26 Sentyabr 2018 13:24 SiyasətMilli Məclisin Səhiyyə komitəsi 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində 7 iclas keçirilib, 11 məsələyə baxılıb. O cümlədən komitəyə daxil olan 9 qanun layihəsinin ətraflı müzakirəsi aparılıb. Onlardan 6-sı Milli Məclisin plenar iclasına təqdim olunub və parlamentdə qəbul edilib. Bu barədə komitədən "Olaylar"a verilən məlumata görə, yaz və növbədənkənar sessiyalar ərzində Səhiyyə komitəsinə ünvanlanan 205 ərizə və şikayətdən 186-sı baxılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Məktubların əsasını vətəndaşların ödənişsiz əməliyyat və müalicə edilməsi, ev və işlə təmin olunması, əfv kimi məsələlər təşkil edib. Hesabat dövründə komitə sədri parlamentdə 86 vətəndaşı qəbul edib. Komitə üzvləri ölkə miqyaslı mühüm tədbirlərdə, həmçinin beynəlxalq təşkilatların işində yaxından iştirak ediblər.