Parlament payız sessiyasında hansı məsələlərə baxacaq?
25 Sentyabr 2018 13:36 SiyasətMilli Məclisin 2018-ci ilin payız sessiyasında qanunvericilik işlər planı bəlli olub. "Olaylar" xəbər verir ki, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir: Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri; "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında; "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında"; "Azərbaycan Respublikasının Dövlət himni haqqında" ; "Konstitutsiya qanunu layihələri; "Standartlaşdırma haqqında"; "Kabel şəbəkəsi haqqında" ; "Kinematoqrafiya haqqında"; "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında"; "Yazılı abidələr haqqında" ; "Turizm haqqında"; "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" ; "Psixoloji yardım haqqında"; "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında"; "Ümumi təhsil haqqında" yeni qanun layihələri. Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib. Milli Məclisin 2018-ci il payız sessiyasının işlər planı təsdiqlənməsi üçün parlamentin oktyabrın 1-i və 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.