Ramiz Mehdiyev deputata “Xalq yazıçısı” vəsiqəsi verdi

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Milli Məclisin deputatı Elmira Axundovanı qəbul edib. "Olaylar" xəbər verir ki, bu barədə deputat Elmira Axundova özü məlumat verib. Deputat bildirib ki, bu gün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev onu qəbul edib: "Həmin qəbulda Ramiz müəllim Prezident İlham Əliyevin və özü adından məni təbrik etdi. Və "Xalq yazıçısı" vəsiqəsini mənə təqdim etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31