İlqar Məmmədovun "demokratikliyi"

Və ya siyasi diletantın separatizmə dəstək yanaşması

Və ya siyasi diletantın separatizmə dəstək yanaşması

REAL sədri İlqar Məmmədov həbsdən çıxar-çıxmaz vaxtilə eyni safda olduğu müxalifət cəbhəsinə, eləcə də iqtidar düşərgəsinə qarşı hücuma keçdi. Əgər buna hücum demək mümkünsə. Maraqlıdır ki, REAL sədri də sabiq müttəfiqləri kimi siyasi fəaliyyətini fasebook sosial şəbəkəsi üzərindən quraraq qarayaxma kampaniyasına başladı. Radikal düşərgəni indiyə qədər eşitdiyimiz ənənəvi fəaliyyətsizlik, passivlikdə günahlandırsa da, lakin özünün bu passivliyi hansı yoldan aradan qaldırılacağına aydınlıq gətirmədi.

Paralel olaraq iqtidar düşərgəsi də İlqar Məmmədovun hədəfinə tuş gəldi. Ancaq REAL sədri hakimiyyəti tənqid edərkən bir qədər ehtiyatlı davranmağı məqsəduyğun saydı ki, bu da hakimiyyətin onunla bazarlığa getmək arzusunda irəli gəlirdi. Daha dəqiq desək REAL sədri hesab edir ki, hakimiyyət onunla bazarlığa gedərək nazı ilə oynayacaq, ona meydan verəcək. Ancaq REAL sədri unudurdu ki, heç bir sosial bazası olmayan Məmmədovu nəinki hakimiyyət, heç müxalifət düşərgəsi də yaxına buraxmaz. Beləliklə, hər şeydən əli üzülən İlqar Məmmədov indi də öz fəaliyyətini beynəlxalq və regional aləmdə baş verən prosesləri şərh etməklə ona qiymət vermək üzərində qurub. Onu da qeyd edək ki, REAL sədri burada da yalnışa varır, belə demək mümkünsə özünü yandırır. Hər halda İlqar Məmmədovun bu günlərdə Ukraynanın şərqindəki separatçıların liderinin öldürülməsinə olan qeyri-obyektiv münasibəti belə deməyə əsas verir. REAL sədrinin facebook sosial şəbəkəsində yazmış olduğu statusundan belə anlaşılır ki, REAL sədri separatizmi dəstəkləyir.

İlqar Məmmədovun belə bir mövqe sərgiləməsi haqlı olaraq etiraz doğurub. Hətta REAL -la heç bir problemi olmayan, sadəcə İlqar Məmmədovun yaratdığı şounu kənardan izləyən müxalifətçilər də onun separatizmə dəstək mövqeyi daşıyan dəyərləndirməsini kəskin tənqid ediblər. Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının müavini Məhəmməd Əsədullazadə də REAL sədrini bu mövqeyinə görə tənqid edib. Məhəmməd Əsədullazadə deyib ki,

"Real" Partiyasının sədri İlqar Məmmədov həbsdən çıxdıqdan sonra açdığı facebook profilinə dostluq göndərib: "Hər bir siyasətçini sosial şəbəkədə izlədiyimdən İlqar Məmmədova da dostluq göndərdim və qəbul etdi. Qeyd edim ki, bu gün sosial şəbəkə siyasətçilərin əsas istifadə məkanıdır və demək olar ki, Azərbaycan siyasəti Facebookda cəmləşib. Həbsdən azadlığa qovuşduğu üçün ona təbrik də yazdım. Bir neçə gün İlqar Məmmədovun facebookda yazdığı stasusları qarşıma çıxdığı üçün oxuyurdum. Yeni həbsdən çıxan bir siyasətçinin siyasi fikirləri mənə maraqlı gəlirdi. Ötən həftə İlqar Məmmədov Ukraynanın şərqində separtçıların liderinin öldürülməsi ilə bağlı yazdığı statusuna etiraz etdim. Çünki, İlqar Məmmədov Ukraynadakı separtizmi özünə məxsus haqlı sayırdı. Mən də öz ölkəsinin separtizm və işğala məruz qaldığına görə bir siyasətçinin belə bir mövqe tutmasını yanlış adlandırdım. Təsəvvür edin ki, bir tanınmış Ukrayna siyasətçisi Qarabağda terrorçuların ölkəmizə qarşı cinayətlərini haqlı sayır. Onda, biz buna necə reaksiya verməliyik? Təbii ki, həmin ukraynalı siyasətçiyə hər sözü deyəcəkdik. Çünki, Ukrayna məhz separtizm və terrorçu hücumlara məruz qaldığına görə, belə bir dövlətin siyasətçisi necə Qarabağda separatizmi dəstəkləyə bilər?. Ona görə də mən İlqar Məmmədovun statusuna etiraz etdim. Bundan sonra, İlqar Məmmədovun trolları dərhal  hücuma keçdilər, arqumentimlə cavablarını verdim". Partiya rəsmisi qeyd edib ki, özünü demokrat və siyasi liberal adlandıran İlqar Məmmədov statusuna yazdığı tənqidi şərhimə görə onu dostluqdan çıxarıb: "İlqar Məmmədov, sən adi bir tənqidə dözümsüz yanaşırsansa, Allah eləməsin hakimiyyətə gəlsən əsl-anti demokrat olarsan. Sənə qarşı tənqidi yanaşanları həbsdə çürüdərsən. Budurmu sənin demokratik düşüncən? Adi bir tənqidi şərhə belə bir radikal cavab verirsən. Mən heç vaxt səni səmimi və demokratik siyasətçi bilmirdim və göründüyü kimi zənnimdə yanılmamışam. Heç vaxt bu düşüncə ilə özünü demokratçı, siyasi liberalçı qoyub hakimiyyətə gələ bilməyəcəksən. Bəli, sən siyasi diletantsan".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31