Cingiltili və kar adamlar
13 Sentyabr 2018 14:39 SiyasətFazil Mustafa: "Boş-boş küyünüz gəlir, yaxşı ki, onu da özünüzdən başqa eşidən olmur"
"Dilçilikdə samit səslərin iki növü qeyd olunur. Cingiltili samitlər və Kar samitlər. Cingiltili samitlər həm səsdən, həm də küydən ibarət olurlar. Kar samitlər isə yalnız küydən ibarət olurlar. Adamları da təqribən belə təsnifləndirmək olar: Cingiltili adamlar və Kar (haşa, fiziki eşitmə əngəlliliyi olan qardaş-bacılarımızı nəzərdə tutmuram) adamlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, adam var ki, səsi də var, küyü də var, ha çalışırsan səsini küydən ayıra bilmirsən. Adam da var ki, ancaq küyü var, səsini eşitmədiyinə görə yan-yörəsindən rahatca uzaqlaşıb keçə bilirsən: "Dilçilikdə olmasa da, leksikonda bir ifadə də var: Adam kimi Adam. Fikrimcə, bu ifadə sadəcə Sait səslərə aid edilə bilər. Ancaq səsdən ibarət olan və səmimiyyəti qarşısında heç bir maneə tanımayan Adam kimi anlaşılmalıdır. Bunları niyə yazmaq istədim, Ə.Elçibəy adı ilə bir profildən paylaşılan bir statusda bizi hədəf göstərilərək yazılır ki, niyə Elçibəyə qarşı təhqirlərə Fazil Mustafa cavab vermir? Halbuki verdiyim sərt cavabı da oxumağı özlərini lüzum bilməyib, səni söymək üçün fürsət gözləyən Vətən xainlərinə göydəndüşmə imkan yaradırlar. 30 il öncə də bu küydən ibarət olanlar Elçibəyin şəklinin dalında gizlənib heç bir hücumun qarşısında durmurdular, indi də eyni davranışı sərgiləyirlər. Və həmişə də- o zaman da, indi də bu hücumların cavabını biz verməyə davam edirik. Başınıza dəysin sizin elçibəyçiliyiniz, milliyətçiliyiniz, turançılığınız, illərdir milli mübarizənin bir cinahında dəstəyinizi görmədik, ancaq boş-boş küyünüz gəlir, yaxşı ki, onu da özünüzdən başqa eşidən olmur".