REAL-ın hakimiyyətlə bazarlıq arzusu
11 Sentyabr 2018 15:21 SiyasətYaxud İlqar Məmmədovun açıqlamaları nəyə hesablanıb?
Bu günlərdə azadlığa çıxan REAL sədri İlqar Məmmədov deyəsən özlərini ana müxalifət hesab edən radikal siyasi düşərgə üçün əməllicə baş ağrısına çevrilir. Azadlıqda keçirdiyi ilk mətbuat konfransında radikal düşərgənin bostanına daş atan REAL sədri eyni zamanda qeyri-REAL görünən açıqlamaları ilə də yadda qaldı. İlqar Məmmədovun qeyriREAL görünən açıqlamalarını bir kənara qoyaraq, əvvəlcə onun radikal düşərgəni hədəf alan fikirlərinə diqqət çəkək. Mətbuat konfransında hazırkı müxalifəti passivlikdə ittiham edən Məmmədov bu düşərgənin təşkil etdiyi kütləvi aksiyalara da münasibət bildirib. İlqar Məmmədov iddia edib ki, müxalif düşərgənin mövsümi xarakter daşıyan aksiyaları hakimiyyətin xeyrinə işləyib. Onun qənaətincə, Azərbaycan hakimiyyəti radikal düşərgənin keçirdiyi kütləvi aksiyaları xaricə göstərərək Azərbaycanda demokrayiya olduğunu isbatlayır. Olduqca absurd yanaşma və siyasi iddiası olan, özündən başqa heç kimi bəyənməyən birisinin belə bir açıqlamada bulunması olduqca gülünclü görünür.
Birincisi ona görə ki, bir ölkədə demokratiyanın olub-olmadığı yaınız hansısa siyasi təşkilatın, yaxud bir qrupun məhdud sayda tərəfdarı ilə etiraz aksiyası keçirməsi ilə ölçülmür. Demokratiyanın başlıca prinsipləri seçkilərdir. Azərbaycanda isə istənilən seçki demokratik qaydada, azad və ədalətli şəkildə keçirilir. Bunu tək biz deyil, eləcə də ölkədə keçirilən bu və ya digər seçkiləri izləməyə gələn beynəlxalq müşahidəçilər açıq ifadə edirlər. Onların seçkilərdən sonra hazırladıqları hesabatlarda seçkilərin azad və demokratik şəkildə keçirildiyi faktı öz əksini tapır. Ona görə də nə Azərbaycan hakimiyyətinə, nə də xaricə belə hansısa siyasi qrupun keçirdiyi aksiyadan demokratiya görüntüsü yaratmaq maraqlı deyil.
İkincisi, ölkədə demokratiyanın mövcudluğu siyasi plüralizmlə də əlaqəlidir. Azərbaycanın siyasi camesəinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, ölkədə istənilən siyasi mövqeyə malik partiyalar var və onlar normal qaydada öz fəaliyyətlərini davam etdirirlər. Bu gün Azərbaycanın siyasi cameəsində sağçı, solçu. Mərkəzçi, liberal, demokrat, hətta islamçı partiyalar mövcuddur və həmin partiyaların normal fəaliyyət göstərməsi üçün hakimiyyət üzərinə düşən bütün funksiyaları yerinə yetirir. O məsələnin başqa tərəfidir ki, hansı səbəbdən bu partiyalar seçkilərdə uğur qazana bilmirlər. Əslində bu sualın cavabı elə REAL sədrinin özünə də bəllidir. Cavab sadədir. Həmin siyasi qüvvələrin cəmiyyətdə siyasi nüfuzu və çəkisinin, elektoratının olmaması.
İndi gələk İlqar Məmmədovun qeyriREAL görünən fikirlərinə. REAL sədri sözügedən mətbuat konfransında iddia edib ki, onların tezliklə keçirəcəkləri etiraz aksiyaları radikal müxalifət düşərgəsinin aksuyalarından fərqli olaraq hakimiyyətin maraqlarına xidmət etməyəcək. Sual olunur. İlqar Məmmədov nəylə? 20 ildən artıqdır ki, keçirdiyi mitinqlərə 10 min nəfər belə yığa bilməyən radikal düşərgədən sənin hansı fəaliyyətin, yaxud hansı göstəricilərin artıqdır ki, xalqı öz tərəfinə çəkə biləcən? Təbii ki, cavab yoxdur. Yenə radikal düşərgə xaricdən aldığı çirkli pullar vasitəsilə öz qohum əqrəbasını, radikal dini qruplaşmaların təmsilçilərini "Məhsul stadionu"na yığa bilir. Siz heç onu da bacara bilməyəcəksiniz. Çünki indidən hər iki cəbhəyə qarşı (həm iqtidar, həm də müxalifət) siyasi mübarizəyə düşmənçilik prinsipləri ilə qədəm qoymusunuz.
Ancaq hakimiyyətə qarşı mübarizədə REAL sədri əl yeri də qoyur desək yanılmarıq. Hər halda İlqar Məmmədovun açıqlamalarından anlaşılan nəticə bundan ibarətdir. Diqqət edək: "İndiki şəkildə mitinqlər İlham Əliyevin xeyrinə işləyir. Biz isə mitinqi elə keçirəcəyik ki, İlham Əliyevə xeyir eləməsin". Yaxud İlqar Məmmədovdan bir başqa açıqlama. REAL sədri iddia edir ki, həbsdə olduğu müddətdə ona fiziki təzyiqlər göstərilib. Jurnalistin "həbsdə sizə əzab-əziyyət verirdilər, deyə bilərsinizmi, bu hansı formada olurdu?" sualına REAL sədrinin cavabı maraqlı, eyni zamanda ismarıc xarakterlidir desək yanılmarıq: "Mən hələ gözləyirəm, hakimiyyət mənə qarşı necə davranacaq. Əgər hakimiyyət mənə qarşı pis davranacaqsa, o halda açıqlayacam". Sual olunur. Hakimiyyətin sənə qarşı mövqeyi necə olmalıdır ki? Yoxsa düşünürsünüz ki, sizi hansısa vəzifəyə təyin etməlidirlər. Yaxud sizə aylıq haqq verilməldir?
Göründüyü kimi adam açıq şəkildə hakimiyyətlə bazarlıq təklif edir. Bununla REAL sədri həmçinin hakimiyyətə o ismarıcı verir ki, bundan sonrakı fəaliyyətim də sizin maraqlarınıza uyğun ola bilər. Bir şərtlə ki, REAL sədri üçün gün-güzaran, lüks şərait yaradılsın.
Məhəmməd