“Meydan tv ilk dəfə deyil ki, öz anti-türk mövqeyi ilə gündəmə gəlir”

"Meydan tv Cənubi Azərbaycanı "Şimali İran" adlandırıb. Orada yaşayan türkləri də etnik azərbaycanlılar kimi qələmə verib. Baxmayaraq ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız özlərini Türk adlandırırlar və etnik sayılmırlar". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, Meydan tv əgər belə politkorrektirsə bu əraziləri rəsmi adları Qərbi, Şərqi Azərbaycan da çağıra bilərdi: "Amma nədənsə Meydan tv Cənubi Azərbaycanı Şimali İran adlandırdı. Meydan tv ilk dəfə deyil ki, öz anti-türk mövqeyi ilə gündəmə gəlir.
Ümumiyyətlə istər siyasət, istərsə də media olsun : Qərb, Rusiya, İran maşalarından Azərbaycana heç vaxt xeyir olmayıb, olmayacaq da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31