REAL-ın qeyriREAL görünən ana müxalifətliyi

D(s)öyüş müxalifətin alnına yazılıb. Daha doğrusu məhdud sayda çevrəsi olan, 20 ildən artıq nə özü, nə də taktika və ideyası dəyişməyən radikal müxalifət düşərgəsinin. Ancaq bu döyüş heç də o mənanı vermir ki, onlar hakimiyyət uğrunda sağlam mübarizə aparır, bu mübarizə meydanında həqiqətən döyüşür, döyülür və ya hansısa təzyiqlərə məruz qalırlar.

D(s)öyüş müxalifətin alnına yazılıb. Daha doğrusu məhdud  sayda çevrəsi olan, 20 ildən artıq nə özü, nə də taktika və ideyası dəyişməyən radikal müxalifət düşərgəsinin.  Ancaq bu döyüş heç də o mənanı vermir ki, onlar hakimiyyət uğrunda sağlam mübarizə aparır, bu mübarizə meydanında həqiqətən döyüşür, döyülür və ya hansısa təzyiqlərə məruz qalırlar. Əsla belə deyil. Müxalifətin d(s)öyüşü bir qayda olaraq öz aralarında gedir. Yəni müxalifətin birincisi olmaq, Qərbin. Avropanın siyasi təsisatlar, bəzi beynəlxalq təşkilatların demokrayiya adı altında ayırdığı külli miqdarda vəsaitlərin mənimsənilməsi uğrunda gedən d(s)öyüşdür bu. Artıq neçə illərdir ki, eyni proses, tendensiya davam edir. Qəribəsi odur ki, bəhs etdiyimiz d(s)öyüş daha çox radikalların bəh-bəhlə təriflədikləri, azadlıq, demokratiya, milli mücadilə simvolu kimi qələmə verdikləri, xüsusilə öz şinellərindən çıxanlarla olur. Zamanında törətdikləri müxtəlif növ cinayətlərə görə məsuliyyətə cəlb edilərək azadlıqdan məhrum edilənlər öz azadlıqlarına qovuşduqları gündən etibarən radikal düşərgənin bir nömrəli rəqibi, d(s)öyüş obyektinə çevrilir. Bu günlər də bunu müşahidə etmıəkdəyik. Söhbət bir müddət əvvəl azadlığa çıxan REAL Hərəkatının lideri İlqar Məmmədovla radikal düşərgə, xüsusilə Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında gedən söz savaşından gedir. Proseslərə nəzər yetirsək aydın şəkildə görərik ki, dünənə qədər Əli Kərimli və onun yaxın ətrafı Xədicə İsmayıl kimi İlqar Məmmədovu da sanki azadlıq mücahidi kimi qələmə verirdi. Onları siyasi məhbus adı ilə beynəlxalq təşkilatlara təqdim edərək həmin "siyasi məhbus"ların hesabına milyonlar qazanan Əli Kərimli və onun yaxın ətrafı üçün bu gün İlqar Məmmədov arzuedilməz fiqurlardan birinə çevrilib. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə saxta profillərlə İlqar Məmmədovun ünvanına ittihamlar səsləndirilməkdədir.  REAL liderini gah hakimiyyətə işləməkdə ittiham edir, gah da onun üzərinə öhdəlik qoyulduğunu yazırlar. Səbəb isə aydındır. Belə ki, İlqar Məmmədov  azadlığa çıxdıqdan dərhal sonra mətbuata verdiyi açıqlamalarda ölkədəki ictimai-siyasi prosesləri dəyərləndirərkən və bu proseslərə müxalifətin təsir imkanlarını şərh edərkən belə demək mümkünsə radikalların bostanına daş atıb və onları zəfilikdə günahlandırıb. Eyni zamanda REAL lideri müxalif cameədə olan passivliyi aradan qaldıracağına əminlik ifadə edərək qarşıdan gələn parlament seçkilərində iştirak etmək mümkünlüklərini də deyib. Təbii ki, bundan da radikallar ciddi narahatçılıq kieçirirlər. Çünki İlqar Məmmədov açıq-aşkar Əli Kərimli və onun ətrafının bostanına daş atıb. Bu açıqlama həm də o mənanı verir ki, "Böyük dayaq" filmində deyildiyi kimi "Rüstəm kişi (Əli Kərimli) şələ-şüləni yığışdır dur kənara". Nəzərə alsaq ki, hazırda REAL sədrinin xaricdəki nüfuzu Əli Kərimlidən daha çoxdur, o zaman İlqar Məmmədovun radikallar üçün ciddi təhlükə mənbəyinə çevriləcəyi istisan deyil. Ona görə də artıq bir neçə gündür ki, yuxarıda qeyd etdiyimiz kimi Əli Kərimlinin təlimatı əsasında sosial şəbəkələrdə İlqar Məmmədov əleyhinə kampaniya aparılır. D(s)öyüş kampaniyası.

Amma göründüyü kimi Əli Kərimli və ətrafı hər zaman olduğu kimi bu dəfə də siyasi prosesləri düzgün təhlil edib nəticə çıxara bilmir.

Birincisi, ona görə ki, İlqar Məmmədovun xaricdə, beynəlxalq səviyyədə nüfuzu nə qədər çox olsa da, onun daxildə gücü, potensial qüvvəsi sıfır səviyyəsindədir. Bir sözlə REAL-ın ana müxalifət olması qeyriREALdır. Bu gün İlqar Məmmədovun ətrafında çox məhdud sayda, hətta barmaqla sayıla biləcək qədər insan var ki. onların da Azərbaycan cəmiyyətində nüfuzu, siyasi çəkisi yoxdur. Bu cür komanda ilə-əgər komanda demək mümkünsə-  İlqar Məmmədov heç bir halda müxalifətin liderinə çevrilə bilməz.

İkincisi, İlqar Məmmədov özü belə müxalifət düşərgəsində sağlam siyasi fiqur kimi imic formalaşdırmayıb. Onun əsasən xarici dairələrə bağlılığı haqlı olaraq nə cəmiyyət, nə də ümumilikdə müxalifət düşərgəsi tərəfindən normal qarşılanmır. Azərbaycan cəmiyyəti hansı siyasi cəbhəni təmsil etməsindən asılı olmayaraq siyasilərin xarici dairələrə bağlılığını mənfi qarşılayır.

Nəhayət, üçüncüsü, ölkədə keçirilən seçkiləri xalqın iradəsi, səsi müəyyən edir. İlqar Məmmədova hansısa siyasi təsisatın dəstək verməsi deyil. Əgər REAL sədri parlament seçkilərində namizədliyini irəli sürsə belə, o. Heç lazım olan imzaları toplaya bilməyəcək. Çünki İlqar Məmmədovun da digər radikallar kimi düşüncə tərzi, siyasi proseslərə baxış bucağı bu illər ərzində dəyişməyib. Ona görə də Əli Kərimli və ətrafının bütün əndişələri əsassısdır. Bir sözlə REAL-ın ana müxalifətə çevrilməsi qeyriREALdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31