Baş nazir Novruz Məmmədov Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazirNovruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri;

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31