Usubov daha bir deputatı mükafatlandırdı
29 Avqust 2018 18:35 SiyasətMilli Məclisin deputatı Aydın Mirzəzadə Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918-1920)" yubiley medalı ilə təltif edilib.
Bu barədə Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində məlumat yayıb.
Millət vəkili mükafatlandırıldığına görə nazirə təşəkkür edib: "Daxili İşlər naziri cənab Ramil Usubova məktub göndərərək yüksək mükafata görə təşəkkürümü bildirdim. Onun və ümumən Azərbaycan polisinin gələcək fəaliyyətinə uğurlar arzuladım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31