“Azərbaycan dövlət idarəçilik sistemini təkmilləşdirir” - MÖVQE

"Azərbaycan Prezidentinin ölkənin inkişafı ilə bağlı həyata keçirdiyi islahatların, yürütdüyü siyasətin təməlində iki mühüm xətt aparıcı mövqedə dayanır. Bunlardan birincisi, cənab prezidentin bəyan etdiyi kimi enerji kapitalının insan kapitalına çevrilməsi, digəri isə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun sürətlə inkişaf etdirməsidir".

Bu fikirləri  siyasi şərhçi Elçin Mirzəbəyli Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinə münasibət bildirərkən deyib.

Yuxarıda sadalanan amillərin Prezident İlham Əliyevin kadr siyasətində ön planda durduğunu deyən siyasi şərhçi söyləyib ki, son kadr dəyişikliklərini də məhz bu müstəvidən dəyərləndirmək lazımdır.

E.Mirzəbəyli qeyd edib ki, dünya dəyişir, idarəetmə sistemləri modernləşir və daha çevik yanaşma tələb edir: "Şübhəsiz ki, Azərbaycan da daim inkişafda olan dünyanın tərkib hissəsi kimi ardıcıl olaraq, təkamül yolu ilə, innovativ vasitələrlə dövlət idarəçilik sistemini təkmilləşdirir, inkişaf etdirir".

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə, Gədəbəy, Ağdam rayonlarına yeni icra başçısı təyin edilib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31