FHN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə FHN-dən "Olaylar"a verilən məlumata görə, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilmiş, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31