Musa Qasımlı: “Prezidentin Sərəncamı bir neçə aspektdən əhəmiyyətlidir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunan dövlət qulluqçularını ilk növbədə ürəkdən təbrik edirəm və onlara uğurlar arzulayıram”. Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
1 Avqust 2018 14:28 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunan dövlət qulluqçularını ilk növbədə ürəkdən təbrik edirəm və onlara uğurlar arzulayıram".
Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputatın sözlərinə görə, Prezidentin Sərəncamı bir neçə aspektdən əhəmiyyətlidir: "Hər şeydən əvvəl dövlət qulluqçularının fəaliyyətinin diqqət mərkəzində olduğunu, yaxşı çalışanların fərqləndirildiyini və qiymətləndirildiyini təsdiq edir. Eyni zamanda digər qulluqçular üçün də bir örnəkdir. Bu belə təltiflərə indiyədək layiq görülməyənlərə də daha yaxşı işləmək üçün stimul yaradır. Hesab edirəm ki, Sərəncam həmçinin mənəvi psixoloji baxımdan da böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ötən gün Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
SİA