“Belə çağırışlar Azərbaycana heç bir təsir göstərməyəcək” - MÜNASİBƏT
“Hesab edirəm ki, sosial şəbəkələrdə din pərdəsi altında aparılan qarayaxma kampaniyası Azərbaycanda stabilliyi pozmağa qarşı yönəlmiş bir ssenarinin tərkib hissəsidir. Təbii ki, burada xaricdə Azərbaycana qarşı işləyən mərkəzlər dayanır. Onların əlaltıları Azərbaycanda fəallıq nümayiş etdirirlər”. Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
1 Avqust 2018 13:02 Siyasət"Hesab edirəm ki, sosial şəbəkələrdə din pərdəsi altında aparılan qarayaxma kampaniyası Azərbaycanda stabilliyi pozmağa qarşı yönəlmiş bir ssenarinin tərkib hissəsidir. Təbii ki, burada xaricdə Azərbaycana qarşı işləyən mərkəzlər dayanır. Onların əlaltıları Azərbaycanda fəallıq nümayiş etdirirlər".
Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilk növbədə ayıq-sayıq olmalıdırlar: "Onların təxribatlarının qarşısı çox kəskin şəkildə alınmalıdır. İkincisi isə cəmiyyət ayıq-sayıq olmalıdır. Valideyinlər öz övladlarına nəzarət etməlidirlər ki, gedib müxtəlif dini təriqətlərə qoşulmasınlar. Heç bir milliyəti, mənşəyi bəlli olmayan insanların qurduğu o yalanlara aldanmasınlar. Ümumiyyətlə normal dini təbliğat aparılmalıdır. Din insanla Allah arasında olan bir ünsiyyətdir. İslamda təriqət söhbəti yoxdur. Bizim dinlə bağlı yalnız müraciət və əməl edə biləcəyimiz müqəddəs kitabımız Quranımız var. Quranda yazılanlara əməl etmək lazımdır. Kimlərinsə çağırışlarına əməl etmək bu elə özü dinə, İslama, Allaha qarşı çıxmaqdır.
Ona görə də hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə çox ciddi təbliğat aparmalıdır. Qeyri-hökumət təşkilatları, siyasi təşkilatlarımız da bu məsələdə öz sözünü deməlidir ki, cəmiyyətdə bunlara yer olmasın. Dini ayrı-seçkilik və bunun nəticəsində yarana biləcək qarşıdurmalar cəmiyyətdə böyük dağıntılara səbəb ola bilər. Bunun üçün bizim dövlətin hər bir imkanı var. Düşünürəm ki, belə bir çağırışlar Azərbaycana heç bir təsir göstərməyəcək".
SİA