ANAMA-nın 20 illik yubileyi qeyd ediləcək
Bu gün Azərbaycan Respublikasi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA-nın 20 illik yubileyi qeyd olunur. Bu münasibətlə BMT-nin İnkişaf Proqramı və ANAMA birgə təntənəli mərasim təşkil edəcək.
18 İyul 2018 14:16 SiyasətBu gün Azərbaycan Respublikasi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA-nın 20 illik yubileyi qeyd olunur. Bu münasibətlə BMT-nin İnkişaf Proqramı və ANAMA birgə təntənəli mərasim təşkil edəcək.
BMT-nin Bakı ofisinin informasiya departamentindən "OLAYLAR"-a bildirilib ki, tədbir iyulun 18-də Fairmont mehmanxanasında keçiriləcək. Tədbirdə silah-sürsat maketlərini nümayiş etdirən sərgi də təşkil ediləcək. Həmçinin ANAMA-nın 20 illik fəaliyyətini əks etdirən yeni film nümayiş olunacaq.
Yubiley mərasimində BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İshaqzai, ANAMA-nın direktoru Qəzənfər Əhmədov, hüquq-mühafizə orqanları və hərbi məsələlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov, İordaniya Krallığının Şahzadəsi Mirad bin Rachr("39")ad Bin Zeid əl-Hüseyn, eləcə də hüquq mühafizə orqanlarının təmsilçiləri iştirak edəcəklər.