Politoloq: “Milli ordumuz özünün ən inkişaf dövrünü yaşayır"

“Bu gün Azərbaycan hərbi birləşmələri özünün ən inkişaf dövrünü yaşayır. Ümumiyyətlə, əraziləri işğal edilmiş bir ölkə üçün onun ordusu mütləq güclü olmalıdır. Biz nə qədər desək ki, işğalçı ölkə olan Ermənistanla atəşkəs imzalamışıq və müharibə getmir, ancaq həqiqət budur ki, hər gün döyüş bölgələrinə Ermənistan ordusu atəşkəsi pozur. Əlbəttə milli ordumuz da onlara layiqli cavabı verir. Ən böyük cavab isə iki il öncə aprel ayında milli ordumuzun erməni hərbi birləşmləri üzərində qazandığı inamlı üstünlüyünü qeyd edə bilərik”. Bunu politoloq Ramiz Alıyev deyib.

"Bu gün Azərbaycan hərbi birləşmələri özünün ən inkişaf dövrünü yaşayır. Ümumiyyətlə, əraziləri işğal edilmiş bir ölkə üçün onun ordusu mütləq güclü olmalıdır. Biz nə qədər desək ki, işğalçı ölkə olan Ermənistanla atəşkəs imzalamışıq və müharibə getmir, ancaq həqiqət budur ki, hər gün döyüş bölgələrinə Ermənistan ordusu atəşkəsi pozur. Əlbəttə milli ordumuz da onlara layiqli cavabı verir. Ən böyük cavab isə iki il öncə aprel ayında milli ordumuzun erməni hərbi birləşmləri üzərində qazandığı inamlı üstünlüyünü qeyd edə bilərik".

Bunu  politoloq Ramiz Alıyev deyib.

"Bu gün bütün bunları biz ona görə ürəklə danışa bilirik ki, artıq bizim güclü ordumuz var, güclü Ali Baş Komandanımız var. Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu ordumuz bu gün Prezidenti, cənab İlham Əliyev tərəfindən daha da güclü və məşəqqətli orduya çevrilib. İstər hərbi texnika cəhətdən, istər silah-sursat cəhətdən, istərsə də orduda olan ruh yüksəkliyi, xalqımızın öz ordusuna inamı, baxın bunların hər biri çox vacib məsələdir. Ona görə də bütün dünya ölkələri dövlətimizin inkişafı ilə bağlı söz açanda mütləq ordumuzun gücünü də qeyd edirlər və bildirirlər ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur. Bu günlərdə 100 illik şanlı tarixini qeyd edəcək milli ordumuz inşAllah yaxın zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənin tapdağı altında olan tarixi torpaqlarımızı düşməndən azad edəcəkdir", - deyə, R.Alıyev fikirlərini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31