Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib
Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb. Keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub.
2 Fevral 2017 15:39 SiyasətAvropa Parlamentinin bu gün keçirilən plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsinə baxılıb. Keçirilən səsvermə nəticəsində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul olunub. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb. Beləliklə, Avropa İttifaqı Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaq. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31