Ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır
Hər bir dövlətin əsas sütunu, onun hərəkətverici qüvvəsi məhz gənclər hesab edilir. Amma gəncləri sağlam ruhda böyütmək, təbiyə etmək, onları Vətənə, dvlətə sadiq, sədaqətli bir vətəndaş kimi formalaşdırmaq da başlıca şərtdir. Buna nail olmaq üçünsə heç şübhəsiz ki, dövlət və onun müvafiq qurumları məsuliyyət daşıyır, bu məsuliyyətin öhdəsindən gəlməyə çalışırlar.
2 Fevral 2017 15:11 SiyasətSərraf Kərimov: "Bu siyasətin icrasında daim onun yanındadırlar"
Hər bir dövlətin əsas sütunu, onun hərəkətverici qüvvəsi məhz gənclər hesab edilir. Amma gəncləri sağlam ruhda böyütmək, təbiyə etmək, onları Vətənə, dvlətə sadiq, sədaqətli bir vətəndaş kimi formalaşdırmaq da başlıca şərtdir. Buna nail olmaq üçünsə heç şübhəsiz ki, dövlət və onun müvafiq qurumları məsuliyyət daşıyır, bu məsuliyyətin öhdəsindən gəlməyə çalışırlar. Bu gün qətiyyətlə və əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bunu bacara bilib. Günümüzdə gənclərimizin ictimai-siyasi fəallığının artması, onların ölkənin həyatında mühüm rol oynamaları, eləcə də Vətənə, millətə layiqli bir vətəndaş kimi formalaşmaları deyilənləri təsdiqləyir. Təbii ki, bütün bu nailiyyətlər heç də asanlıqla, rəvan addımlarla mümkün olmayıb. Xüsusilə, keçmiş ittifaqdan ayrılmış, yenicə müstəiqllik əldə etmiş bir ölkənin gənclərini doğru, sağlam istiqamətə yönəltmək asan məsələ deyildi. Ölkədə möbcud olan başıpozuqluq, siyasi idarəçiliyin zəifliyi gənclərdən də yan keçmirdi. Müstəqilliyin ilk illərində gənclər demək olar ki, tamamilə unudulmuş, başsız qalmışdı. Bu mənfi tendensiya isə onların pis yollara düşməsinə, xarici qüvvələrin təsir dairəsinə keçməsinə gətirib çıxarırdı. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hər bir sahədə olduğu kimi gənclərlə iş sahəsində də ciddi addımlar atıldı. Bu günlərdə gənclər tərəfindən bayram kimi qeyd edilən 2 fevral-Gənclər Günü də elə məhz ümmummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə bəxş etdiyi ərməğandır. Elə Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti Sərraf Kərimov da bu qənaətdədir. O, bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Assambleya rəsmisinin sözlərinə görə, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu: "1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı". Sərraf Kərimov qeyd edib ki, əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir: "Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır". DAA-nın vitse-prezidenti deyib ki, hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır: "Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual,
mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır". Sərraf Kərimov onu da diqqətə çatdırıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar".
S.İsmayılbəyli