MDB İcraiyyə Komitəsinin sədri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir"
"Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".
28 Sentyabr 2016 11:52 Siyasət"Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
"Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir", - deyə S. Lebedev qeyd edib.
O, Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31