BMT-də Ermənistanın təcavüzündən danışıldı

BMT-nin İnsan Hüquqları Şurası bu gün səhər saatlarında irqçilik, irqi diskriminasiya, ksenofobiya və onlarla bağlı dözümsüzlük məsələləri üzrə ümumi müzakirəni başa çatdırıb.

BMT-nin İnsan Hüquqları Şurası bu gün səhər saatlarında irqçilik, irqi diskriminasiya, ksenofobiya və onlarla bağlı dözümsüzlük məsələləri üzrə ümumi müzakirəni başa çatdırıb.

Trend bildirir ki, ümumi müzakirələr sentyabrın 26-da başlayıb.

Müzakirələr zamanı azərbaycanlı spikerlər qeyd ediblər ki, Azərbaycan Qərblə Şərqin kəsişdiyi unikal yerdir.

Çıxış edənlər qeyd ediblər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün statusunda qalır.

Azərbaycan tərəfinin nümayəndələri çıxışlarında bildiriblər ki, əgər Ermənistan təcavüzkar siyasətini dayandırmasa, bu ölkə üçün nəticələr vahiməli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31