MSK sədri: "Şübhə doğuran nəticələr ləğv oluna bilər"
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendumla bağlı şübhə doğuran nəticələr ləğv oluna bilər.
27 Sentyabr 2016 17:36 SiyasətAzərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendumla bağlı şübhə doğuran nəticələr ləğv oluna bilər.
Trend bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumun nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
M.Pənahov qeyd edib ki, nəticələrə zərrə qədər şübhə yaransa, haradasa nəticələr yekun nəticələrə təsir etsə, orada nəticələr ləğv olunacaq: "Hətta təsir etməsə belə, biz o komissiyaları buraxacağıq. Hansısa sənəddə diqqətsizlik hiss etsək, yenə də cəzalandıracağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31