Azərbaycan diasporu Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib
Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin içraçı direktoru Xəzər Qarayev Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib.
19 Sentyabr 2016 12:12 SiyasətÜmumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin içraçı direktoru Xəzər Qarayev Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib. ASGA-nın Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayevin "OLAYLAR"-a verdiyi məlumata görə, Azərbaycan diasporunun nümayəndələri Moskvada və regionlarda yerləşən 100 dən artıq seçki dairəsinin ərazisində müxtəlif məntəqələrdə seçki prosesini izləyib. Onlar müşahidə apardıqları məntəqələrdə hər hansı qanun pozuntuları ilə rastlaşmadıqlarını vurğulayıblar.