Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Azərbaycan ABŞ və Avropa İttifaqı ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır
11 Dekabr 2015 11:02 Siyasət"Azərbaycan tərəflərin qarşılıqlı maraqları çərçivəsində ABŞ və Avropa İttifaqı ilə gələcəkdə də dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır". APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasının 1082-ci iclasında Leyla Yunusun azad olunması ilə bağlı yaydığı bəyanatda deyilir. Bəyanatda Bakı Apellyasiya Məhkəməsi tərəfindən dekabrın 9-da Leyla Yunus barədə hökmün humanitar əsaslarla dəyişdirilməsi barədə məlumat da verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00