Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tədbir keçirmişdir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə YAP Nərimanov Rayon Təşkilatında "Heydər Əliyevin anım günü ilə bağlı" tədbir keçirilmişdir. Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədr müavini, Ofisin rəhbəri Əli Pənahov, YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmişlər. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olunacağını, Azərbaycan xalqının hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edəcəyini, Onun xatirəsini hər zaman uca tutacaqlarını bildirdilər. Daha sonra tədbir çıxışlarla davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00