Leyla Yunusla bağlı atılan humanist addım

Avropada və Qərbdə təqdir edilib

Azərbaycan və onun fonunda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yenə diqqət mərkəzindədir. Səbəb isə bizlərin deyil, Qərbdəki, Avropadakı bəlli çevrələrin hüquq müdafiəçisi kimi tanıdığı, əslində isə hüquq müdafiəçisindən çox-çox uzaq olan korrupsiya, maliyyə mənimsəməsi, hətta dövlətə xəyanətdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunmuş Leyla Yunusun həbsdən azad edilməsidir. Məlumat üçün qeyd edək ki, dekbarın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Sülh və Demokratiya İnstitutunun rəhbərinin azadlığa buraxılması Avropada, hətta okeanın o tayında bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Vəziyyət o həddə çatıb ki, avropalıların sevinc, fərəh emossiyası Leyla Yunusun yaxınlarının sevincini də üstələyib. Bunu həmin dairələrin, beynəlxalq təşkilat və qurumların açıqlama və bəyanatlarında da aydın görmək mümkündür. Leyla Yunus həbs ediləndə Azərbaycanı əsassız yerə tənqid edən həmin çevrələr, bu gün məlum məhkəmə qərarından razılıq ifadə edərək ölkəmizin ünvanına tərif söyləyirlər. Ümumiyyətlə isə, ortaya qoyulan mövqe ondan ibarət olub ki, Leyla Yunusun azadlığa buraxılması humanist bir addımdır. Belə ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı: Leyla Yunusun azadlığa buraxılmasını humanist jest kimi dəyərləndirib. Qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayıb.
Avropa Şurasının baş katibi Thorbyorn Yaqland da Leyla Yunusun azadlığa buraxılmasını təqdir edib. O, bildirib ki, Leyla Yunusun həbsdən azad edilməsi müsbət addımdır. Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də Twitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb.
Birləşmiş Ştatların Dövlət Departamenti də Leyla Yunusun azadlığa buraxılması qərarını alqışlayıb. Qurumun yaydığı açıqlamada qeyd olunub ki, ABŞ bu addımı alqışlayıb: "Bu qərarı alqışlayırıq. Noyabrda da onun həyat yoldaşı Arifin azadlığa buraxılmasını nəzərə alsaq, bu addımları müsbət addımlar olaraq dəyərləndiririk. Səbirsizliklə belə addımların davamını gözləyirik". ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby isə bəyanatında qeyd edib ki, Leyla Yunusun buraxılmasını alqışlayıb və ABŞ Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacaq.
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məhkəmə zalından azadlığa
buraxılmasından məmnunluq hissi keçirdiyini dilə gətirib. O, əmin olduğunu bildirib ki, Leyla Yunus müalicə aldıqdan sonar ictimai fəallığını davam etdircək.
Birləşmiş Ştatların ATƏT-dəki nümayəndəsi Chris Smith isə deyib ki, Azərbaycanda insan haqları müfaiəçisi Leyla Yunus barədə "vaxtı çoxdan çatmış addım"ın atılması alqışlanmalıdır.
Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek isə iddia edib ki, Leyla Yunusun azad edilməsi bu günü bayrama çevirib.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bu qərarı "mühüm humanitar addım" kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic isə belə addımların bundan sonar da atılacağına əminlik ifadə edib: "Biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq".
Avropa Parlamentinin prezidenti Martin Şults da Leyla Yunusun azadlığa buraxılmasının gözəl xəbər olduğunu deyib.
Amnesty İnternational ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirib ki, bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır.
"Human Rights Watch" təşkilatından Rachel Denberin açıqlaması isə bir növ insanda "kövrək" hisslər yaradıb. "Mən 17 aydır ki, səhər bu xəbərlə oyanacağımı gözləyirdim. Onun və ailəsinin sevincini təsəvvür edə bilmirəm. Lakin o, heç həbs edilməməliydi". Human Rights House Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də həmçinin Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşılayıb və digərlərin də azad edilməsinə çağırış edib.
Bu günlərdə xarici KİV-lər də əsas etibarilə Leyla Yunusun azad edilməsindən yazıb və belə bir qərarın qəbul edilməsini təqdir ediblər.
The New York Times, Daily Mail, Reuters, The Washington Post, Voice of America, Yahoo News, Press TV, Sacred Heart Spectrum, France 24, UNDP, International Busness Times, Deutsche Welle, Die Welt, Armtoday, Panorama.am, Ulrike-Lunacek.eu, Global Post, Кавказский Узел, RİA Новости, Radio Svoboda, Rosbalt, OCCRP, Tiroler Tageszeitung, Taz.de, Radio Free Europe KİV-lər Leyla Yunusun azad edilməsi xəbərinə geniş yer veriblər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00