Parlamentdə “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclis "Publik hüquqi şəxslər haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq. Millt vəkili, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üsvü Rafael Cəbrayılov bildirib ki, artıq sənəd sözügedən komitədə ikinci oxunuşda müzakirə edilib. Millət vəkili əlavə edib ki, 9 maddədən ibarət "Publik hüquqi şəxslər haqqında" qanun layihəsinə görə, publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Onu da qeyd edək ki, "Publik hüquqi şəxslər haqqında" qanunla əlaqədar Mülki Məcəllənin 43.5-ci və 43.7-ci maddələrinə müvafiq əlavələr təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00