Millət vəkili Leyla Yunusun azadlığa buraxılmasına qarşı çıxdı
10 Dekabr 2015 12:18 SiyasətBir qadının, həm də azərbaycanlı bir qadının həbsdə olması yaxşı haldırmı? Xeyr, yaxşı hal deyil. Amma o qadın qaranlıq əməllər mələyi, Azərbaycan dəyərlərindən tam uzaq, ölkəsinin əleyhinə işləyən, hətta muzd qarşılığında düşmənlə əməkdaşlıq edəcək dərəcədə biridirsə, belə birisinin həbsdən buraxılmasına bu xalqın böyük əksəriyyətinin sevinəcəyini zənn etmirəm. Ən çoxu da öz yurd-yuvalarından didərgin düşənlərin". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev Leyla Yunusun azadlığa buraxılmasına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, qərbdəkilər isə onun buraxılmasını alqışlayır, az qala toy-bayram edirlər: "Kimdir onlar? Avropa Parlamentinin sədri Martin Şults, AŞ PA-nın prezidenti Ann Brassör, ABŞ Helsinki Komissiyasının başçısı Kris Smit, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Corc Link və digərləri. Bir sözlə, o adamlar ki, Azərbaycanla bağlı hələ indiyədək bir kəlmə belə xoş söz deməyiblər. Bu adamların hamının yaxşı tanıdığı bir xanımın həbsdən buraxılmasını alqışlamaları təssüf ki, heç də yüksək dəyər daşıyıcısı olmalarından və təmsil etdikləri qurumların həqiqətən də böyük ideallara xitmət etməsindən irəli gəlmir. Yoxsa onlar erməni girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin də buraxılmalarını istəyərdilər. Azadlığa hamıdan çox haqq edən, buraxılmaları tələb olunası dustaqlar onlardır. Amma bu gurultulu adlar daşıyan qurmların başında duran həmin adamlardan hər hansı birinin indiyədək Dilqəmlə Şahbazın buraxılmalarını tələb etdiklərini eşitdinizmi? Yox. Niyə eşitmədiniz? Çünki Diqləmlə Şahbaz bu ölkəni, bu xalqı, bu dövləti sevirlər, azərbaycanlıdırlar. Onları Kəlbəcərə aparan da bu sevgi idi və onlar bu sevginin girovlarıdırlar".