Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
9 Dekabr 2015 14:49 SiyasətAzərbaycanın Müdafiə Nazirliyi yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinə xəbərdarlıq edib. Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, bu gün qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub: "Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00