AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

AŞPA Monitorinq Komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, yeni həmməruzəçi avstriyalı deputat Stefan Şennakdır. O, Polşa təmsilçisi Tadeuş İvinskini əvəzləyəcək.

Qeyd edək ki, oktyabrın 25-də Polşada keçirilən parlament seçkilərində T. İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00