Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Prezident İlham Əliyevə başsağlığı verdi

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Trend-in məlumatına görə, başsağlığında deyilir: "Ölkənizi matəmə qərq edən Xəzər dənizindəki "Günəşli" yatağının platformasında baş vermiş güclü yanğın nəticəsində bir çox insanların həyatını itirməsi Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini və məni cox kədərləndirdi. Zati-aliləri, bu ağır sınaqda Sizinlə birgə olduğumuzu bildirir, bütün həlak olmuş vətəndaşlarınızın ailələrinə başsağlığı verir və Sizə ən dərin hörmət hisslərimi ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00