Əfv Komissiyası toplaşdı - Böyük əfvetmə olacaq
7 Dekabr 2015 16:40 SiyasətModern.az saytının əldə etdiyi məlumata görə, bir qədər öncə Prezident yanında Əfv Məsələləri Komissiyası iclasa toplaşıb. İclasda əfvlə bağlı müraciətlər və bununla əlaqədar digərə məsələlər müzakirə olunur. Komissiyanın adının çəkilməməsini istəyən üzvü Modern.az-a bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00