AMİP-dən baş vermiş faciə ilə bağlı başsağlığı mesajı

Azərbaycan Milli İstiqlal Partiyası "Xəzər dənizindəki "Günəşli" neft yatağının 10-cu dərin dəniz özülündə baş verən faciə ilə bağlı həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada əminliklə bildirilir ki, əlaqədar orqanların baş vermiş faciə ilə əlaqədar ciddi araşdırmalar aparacaq və çoxlu sayda insan itkisinə səbəb olmuş lazımi təhlükəsizlik tədbirlərinin görülməməsi halı aşkarlanarsa cavabdeh şəxslərin məsuliyyətə cəlb olunacaq. AMİP gələcəkdə bu cür faciələrin qarşısının alınması üçün qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00