Rusiya telekanalı Azərbaycana qarşı təxribata yol verib
7 Dekabr 2015 14:18 SiyasətRusiyanın "Lifenews" kanalı Azərbaycana qarşı təxribata yol verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 5-də efirə gedən süjetdə nümayiş olunan Azərbaycan xəritəsi təhrif olunub. Erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar xəritədə Azərbaycanın ərazisindən çıxarılıb. Süjetdə Türkiyənin Rusiyadan başqa digər ölkələrdən qaz almaq imkanları haqqında danışılıb.
Qeyd edək ki, "Lifenews" kanalının baş direktoru Aşot Qabrielyanovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00