İran XİN “Günəşli” yatağında baş verənlərlə əlaqədar Azərbaycana başsağlığı verib

İran "Günəşli" yatağında baş verənlərlə əlaqədar Azərbaycan dövlətinə və xalqına başsağlığı verib. APA-nın İran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabirənsari ölkəsinin hadisə ilə əlaqədar narahat olduğunu bildirib. "Yanğının söndürülməsi və itkin düşənlərin axtarılması istiqamətində Azərbaycana kömək etməyə hazırıq", - deyə o vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00