QHT sədri millət vəkillərinə müraciət etdi

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Milli Məclisinin deputatlarına müraciət ünvanlayıb. "OLAYLAR"-a daxil olan müraciətin mətnində bildirilir ki, 1997-ci il, dekabrın 3-də "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" və 2008-ci ilin həmin tarixində isə "Kasetli silahlara dair" BMT Konvensiyaları imzalanıb. Hazırda 162 ölkə minalar əleyhinə və 118 ölkə kasetli silahlara qarşı olan Konvensiyaların üzvüdür. Bu Konvensiyalar imzalandıqdan əvvəl ildə hər gün 25 qurban qeydə alınırdısa hal-hazırda hər gün 10 yeni qurban qeydə alınıb ki, bu da 40% -lik azalma deməkdir. Müraciətdə qeyd olunur ki, bu konvensiyalar qüvvəyə mindikdən sonra dünyada gedən prosesləri, bu gün 500 minədək vətəndaşımızın hər gün bu təhlükə ilə qarşılaşmaq riskinin olduğunu və minaların yaratdığı digər problemləri nəzərə alaraq minaların və PHS-in yaratdığı problemlərin kompleks şəkildə həll olunması üçün milli qanunvericiliyin yaradılmasına başlamaq xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00