Azərbaycanda səfərdə olan Türkiyə baş nazirinin rəsmi qarşılanma mərasimi olub
3 Dekabr 2015 14:41 SiyasətBu gün Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub. APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə baş nazirini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri Türkiyə baş nazirinə, Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan prezidentinə təqdim olunub. Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu rəsmi foto çəkdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00