Mahmud Məmmədquliyev: "Lazımi sənədləri təqdim etmədiyimiz üçün Azərbaycanın ÜTT-yə üzvlük məsələsi uzanır"
3 Dekabr 2015 11:17 Siyasət"Biz lazımi sənədləri hələlik təqdim etmədiyimiz üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi uzanır". APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavini bildirib ki, bu təşkilatın öz qaydaları var: "Sonuncu görüş bu ilin fevralında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələlik cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz hələ danışıqlar hazır deyilik. Onların istədikləri sənədləri hazır edəndə vaxt təyin edəcəklər, işçi qrupunun görüşü olacaq, ikitərəfli danışıqlar aparılacaq. Bizim məqsədimiz odur ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra danışıqlar aparaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00