Əli Kərimlinin Nardaran “amma”sı – Bizim replika

Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli özünün "Facebook" səhifəsdində Nardaranda keçirilmiş məlum əməliyyata münasibət bildirib. AXCP sədri bu dəfə də öz tərzinə sadiq qalaraq, doğrudan, dini-siyasi ekstremistlərin yuvasına və ciddi təhlükə mənbəyinə çevrilmiş Nardaranda keçirilmiş əməliyyatı öz siyasi maraqları aspektindən qiymətləndirib. Ə.Kərimli öz izləyicilərini inandırmaq istəyib ki, guya hökumət bilərəkdən özü üçün Nardaran kimi bir təhlükə yetişdirib və indi də onu aradan qaldırır. AXCP sədrinə görə, Naradaran əməliyyatını əsəs səbəblərindən biri "Tale Bağırzadə və komandasının uzunmüddətli həbsi üçün bəhanə əldə etmək" və "beynəlxalq aləmə Azərbaycanda da "radikal islam" təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək" olub. Siyasi maraqlarını hər zaman dəyərlərdən öndə tutan Ə.Kərimlinin öz əqidə yoldaşı T.Bağırzadəni belə ciddi-cəhdlə müdafiə etməsi səbəbsiz deyil. Aydındır ki, o, bununla T.Bağırzadənin bağlı olduğu radikal dinçi çevrələrin dəstəyini qazanmağa ümid edir. Özünün sosial bazası tükəndiyindən, bu dəfə Ə.Kərimli din faktoruna söykənərək yeni tərəfdarlar tapmaq istəyir. Lakin maraqları ona yenə də ortadakı reallığı görməyə imkan vermir.    Ə.Kərimli hər halda yaxşı bilir ki, Nardaran camaatı onun sözdə şüar etdiyi dəyərlərə etimad göstərmir. Yəni Ə.Kərimlinin əqidə yoldaşı T.Bağırzadə və başqalarının təbliğatı Nardaran əhalisində "dini dövlət modeli"nin cazibəsini xeyli artırıb. Lakin bu məqamlar Ə.Kərimli üçün vacib deyil. AXCP sədri hakimiyyətin tənqidi üçün "əsas" tapıb və onların üzərində "köhnə bayatılar"ını oxuyur. Amma kimin üçün oxuyur, özü də bilmir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00