Elmar Məmmədyarov Serbiyaya gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyaya işgüzar səfərə yola düşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak edəcək. Nazirin toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00