İlham Əliyev BƏƏ Prezidentini təbrik edib
1 Dekabr 2015 18:30 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00