Prezident İlham Əliyev Naxçıvana səfər edib
1 Dekabr 2015 17:02 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00