Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
1 Dekabr 2015 12:21 SiyasətDekabrın 2-dən 4-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Sahibə Qafarova iştirak edəcəklər. Bu barədə MM-dən verilən məlumata görə, tədbirlərdə Avropada antisemitizmə qarşı yeni mübarizə üsulları, Dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, Demokratik vətəndaşlıq üçün bilik və bacarıqların artırılması, Uşaqlar üçün təhsil və təlimin əhəmiyyəti, Korrupsiyanın qarşısının alınmasına parlament nəzarəti: parlamentlərin media ilə əməkdaşlığı, Sahibkarlıq hüququ, İnternetdə ifadə azadlığı və digər mövzularda müzakirələr aparılacaq. Deputatlarımız gündəlikdəki məsələlər barədə çıxış edəcək, öz fikirlərini bildirəcəklər.